Maarifləndirmə
Sertifikasiya-səhiyyə mütəxəssislərinə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün hüquqverən prosesdir. Səhiyyə mütəxəssislərinin sertifikasiyası "Əhalinin sağlamlığının qorunması məqsədi ilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2009-cu il 20 oktyabr tarixli 891-IIIQD nömrəli Qanununun tətbiq edilmasi barədə" Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2009-cu il tarixli Fərmanına və Nazirlər Kabinetinin 08 iyun 2010-cu il tarixli 108 nömrəli Qərarı ilə təsdiq edilmiş "Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiya qaydası" na uyğun olaraq aparılır.
Sertifikasiyaya kimlər сəlb olunur?
Tabeliyindən və müllkiyyət formasından asılı olmayaraq, səhiyyə müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan ali va orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssisləri beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər.
Sertifikasiyadan kimlər müvəqqəti azaddır?
Sertifikasiyadan:
- Hamilə qadınlar;
-Uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);
- Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən və ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş səhiyyə mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçmirlər.
Sertifikasiya prosesi necə keçirilir?
Sertifikasiya imtahanının sualları iki hissəyə (test və klinik tapşırıq) bölünür. İmtahan suallarının test hissəsi 60 (altmış) sualdan ibarət olur. İmtahan suallarının klinik tapşırıq hissəsi sertifikasiyaya cəlb edilən səhiyyə mütəxəssisinin ixtisasına aid, habelə onun praktiki bilik səviyyəsini və peşə vərdişlərini müəyyən edən 5 (beş) klinik tapşırıqdan ibarət olur.
Test hissəsi üzrə hər bir suala düzgün cavab bir balla qiymətləndirilir (cəmi 60 (altmış) mümkün bal). Klinik tapşırıq hissəsi üzrə hər bir tapşırıq mütəxəssis tərəfindən 0, 1, 2, 3, 4 və 5 baldan biri ilə qiymətləndirilir və sonra hər bir tapşırıq üzrə verilən ballar toplanılır (cəmi 25 (iyirmi beş) mümkün bal).
İmtahan suallarının test hissəsi üzrə 40 (qırx) və ya daha çox, klinik tapşırıq hissəsi üzrə isə 16 və ya daha çox bal toplamış şəxslər sertifikasiyadan keçmiş hesab olunurlar.
Sertifikasiyadan kеçməyən səhiyyə mütəxəssislərinə etməlidir?
Sertifikasiyadan kеçməyən səhiyyə mütəxəssisləri 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq tədris müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiyadan keçmək məqsədilə ixtisasları üzrə növbəti imtahanlarda iştirak etmək üçün Sertifikasiya Komissiyasına müraciət etməlidirlər.
Sertifikasiya prosesində könüllü olaraq iştirak etmək mümkündürmü?
Bəli. Sertifikasiya prosesi ilə bağlı keçirilən imtahanlarda könüllü surətdə iştirak etmək istəyən səhiyyə mütəxəssisləri Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyasına müraciət edə bilərlər .
İmtahana cəlb olunan tibb mütəxəssisləri imtahanların keçirilməsi barədə necə məlumatlandırılırlar?
Sertifikasiya imtahanının keçirilməsinə 30 (otuz) gün qalmış imtahana cəlb olunan hər bir şəxs Sertifikasiya Şurasının internet səhifəsində bu barədə məlumat yerləşdirmək yolu ilə və imtahana cəlb olunan şəxslərin təqdim etdikləri mobil telefon nömrələrinə sms göndərməklə, yaxud elektron poçt ünvanlarına yazmaqla məlumatlandırılır.
İmtahana gələrkən hansı sənədlər təqdim edilir?
Test imtahanına gələn şəxslər test imtahanına buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini özləri ilə gətirməlidirlər. Göstərilən sənədlərin biri olmadıqda, həmin şəxs imtahana buraxılmır.